`Kimin əmlakı sökülübsə, əvəzi verilib`- Oqtay Əsədov


17:13     01 Fevral 2017 oqtay%20esedov%20irad.jpg

“XXI əsrdə kiminsə obyektini söküb, mülkiyyət hüququnu pozmaq nə deməkdir? Biz mülkiyyət hüquqlarının qorunması ilə bağlı qanunlar qəbul etmişik. Belə hallar barədə mətbuatda yer alan məlumatlara müvafiq nazirliklər reaksiya verməlidir”.


Femida.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev söyləyib.

Millət vəkili qeyd edib ki, mülkiyyət hüquqlarının pozulması barədə məsələlərə həssas yanaşılmalıdır.

Spiker Oqtay Əsədov isə əmlakları sökülən insanların məhkəməyə müraciət etməsi faktının qeydə alınmadığını bildirib: “Kimin əmlakı sökülübsə, əvəzi verilib. Jurnalistlərin bu barədə yazdıqlarına fikir verməyin”.

Femida.az

Açar sözlər:

Oxunub: 1356


Oxşar xəbərlər